Dizayn

Dizayn

Mənzilin interyer,eksteryer və landşaft dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür.

Yeni bir evdə məskunlaşarkən və yaxud əsaslı təmir etməyi planlaşdırarkən müəyyən tərz və interyerin bütün elementlərinin harmoniyası barədə düşünürük. Mənzilin düşünülmüş və müasir interyeri rahatlıq və əminlik hissilə yanaşı, özünü və həyatı yeni şəkildə dərk etmənin formalaşmasıdır.