Təmir

Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur. Mənzillərin təmir və dizaynını zəngin iş təcrübəsinə malik və müştəri məmnuniyyətini qazanan, öz sahəsinin mütəxəssislərinə həvalə etmək çox vacibdir.

“Trend İnşaat” tikinti şirkəti mənzillərin açar təslim təmirini həyata keçirir. Şirkətimizdə fəaliyyət göstərən layihələndiricilər, dizaynerlər, mühəndislər və inşaatçılar, tikinti materialları tədarükçüləri ilə birbaşa əlaqənin təmin olunması, həmçinin təmir işləri sahəsində təcrübəyə sahib olmağımız hər bir müştəri üçün münasib və aşağı qiymət təyin etməyə imkan verir. Eyni zamanda, elektrik naqillərinin çəkilməsi, santexnika borularının dəyişdirilməsi, döşəmələrin yenilənməsi, otaqların, qeyri-yaşayış sahələrinin dekorasiyası və digər işləri həyata keçiririk. Müqavilə bağlanmadan öncə bütün məsələlər barədə razılığa gəlinir və lazımi materiallar özümüz tərəfindən alınır. Müştərilərə yalnız son nəticəni gözləmək qalır.